İnsanlara hürriyət, millətlərə istiqlal!

"Britaniya Rusiya ilə “müharibə” aparır" - ŞOK AÇIQLAMA

719 15.03.2024 13:10 Dünya A A

London Moskva ilə “boz müharibə” aparır.

Musavat.com xəbər verir ki, bunu Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) keçmiş rəhbəri (1999-2004) Riçard Dirlov "Politico"ya bildirib.

Onun sözlərinə görə, Britaniya cəmiyyəti bundan xəbərsizdir.

"Böyük Britaniyada küçədə kimisə saxlasanız və onlardan bizim müharibədə olduğumuzu soruşsanız, sizə dəli kimi baxacaqlar. Amma biz müharibədəyik, Rusiya ilə boz müharibə aparırıq və mən bunu insanlara xatırlatmağa çalışıram", - deyə Dirlov bildirib.

Mİ6-nın keçmiş rəhbəri Britaniya hökumətini də tənqid edib.

Belə ki, Riçard Dirlov Londonun müdafiəyə ayırdığı xərcləri Moskva və Pekindən gələn təhdidləri dəf etmək üçün yetərsiz adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR