İnsanlara hürriyət, millətlərə istiqlal!

Boyunda duz yığılmasına qarşı əla resept - Baş ağrısına da kömək edir

1492 08.06.2024 21:23 Yaşam A A

Boyunda, xüsusən arxasında onurğa fəqərələri üzərində duz yığılması əslində boyun fəqərələrinin ostexondrozudur. Bədənin bu hissəsində hər hansı problem bütün bədən və başda pozulmalar yaradır.

Musavat.com medicina.az-a istinadən xəbər verir ki, boyundan çox sayda damar və sinir keçir. Burda sinirlərin sıxılması, damarların tutulması baş ağrısı, ətrafların keyiməsi, yuxu pozğunluğu, yorğunluq yaradır.

Sizə ev şəraitində çox dərmandan effektli olan effektiv bir kompres reseptini təqdim edirik.

Sizə lazımdır:

Kartof -2 ədəd

Bal - 50 qr

Zeytun yağı - 20 ml

Kartofu sürtgəcdən keçirib, bal ilə qarışdırın. Onu tənzif və ya pambıq parçanın arasına maska kimi yaxıb, boyun və çiyin hissəyə qoyun. Üzərindən selofan qoyub, isti bağlayıb. 2-3 saat saxlayın. Sonra kompresi goturub, qalıqları salfet ilə silin və həmin nahiyəyə isidilmiş yağ çəkin. Bərk sürtməyin.

Bir kurs 7 gündür

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR