İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın cəmi 5 illik neft ehtiyatı var - ARAŞDIRMA

424 30.06.2023 00:53 İqtisadiyyat A A

Ötən bir il ərzində dünyada hasil edilə bilən neft ehtiyatlarının həcmi 52 milyard barel artaraq 1 trilyon 624 milyard barelə çatıb.

Musavat.com "Rystad Energy"nin tədqiqat hesabatına istinadən xəbər verir ki, "Brent" etalon markalı neftin 50 dollarlıq orta qiyməti şəraitində 2100-cü ilədək bu ehtiyatların yalnız 1,3 trilyon barelinin çıxarılması iqtisadi baxımdan səmərəli olacaq.

Tədqiqatda qeyd edilir ki, 2022-ci il ərzində qlobal neft hasilatı 30 milyard barel təşkil edib. İl ərzində 84 milyard barel həcmində yeni ehtiyatlar kəşf olunub.

Aparıcı hasilat ölkələrində çıxarıla bilən ehtiyatların həcmi çox fərqlidir. Məsələn, Böyük Britaniyanın ehtiyatları 5 ildən az müddətdə hasilata yetəcək. Kanadada bu göstərici 20 ildən artıqdır. OPEK ölkələri arasında İranda təsdiqlənmiş ehtiyatlar daha uzun müddətə yetərli olacaq - 13 il.

Mütləq ifadədə dünyada ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanındadır – 271 milyard barel. İkinci yerdə gələn ABŞ-ın ehtiyatları 192 milyard barel, üçüncü olan Rusiyanınkı 143 milyard barel, dördüncü olan Kanadanınkı isə 127 milyard bareldir. Beşinci yerdə 107 milyard barellik ehtiyatla İraq, altıncı yerdə isə 88 milyard barellə İran gəlir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR