İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada məcburi hərbi xidmət geri qayıdır?

600 26.05.2024 14:09 Dünya A A

Böyük Britaniyanın baş naziri Rişi Sunak mühafizəkarların parlament seçkilərində qalib gələcəyi təqdirdə məcburi xidməti gətirəcəyinə söz verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

“Biz gənclərimiz üçün, gənclərimiz isə ölkəmiz üçün daha çox iş görməlidir. Nəticə etibarı ilə ölkəmiz hamımızın onun inkişafına töhfə verdiyi qədər güclüdür. Bu yeni milli xidmət gənclərimizə öz bacarıqlarını tətbiq etmək imkanı verəcək”.

Sunak əlavə edib ki, iki qızının milli xidmətdə olmasını səbirsizliklə gözləyir.

“Vətəndaşlıq təkcə hüquqlar deyil, həm də öhdəlikləri özündə daşıyır. Britaniyalı olmaq, təkcə pasport almaq üçün növbədə durmağı nəzərdə tutmur”, - deyə baş nazir qeyd edib.

Britaniya mediasının məlumatına görə, məcburi hərbi mükəlləfiyyətin geri qaytarılması Rusiya və Çindən gələn təhlükənin artması, eləcə də gənclər arasında işsizliyin artması ilə bağlıdır.Hazırda Böyük Britaniyada 18-24 yaş arası təxminən 750 min gənc işsizdir və onlar tez-tez müxtəlif cinayətlərə cəlb olunurlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR