İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Akunin Putin rejiminin hədəfində

456 19.12.2023 16:18 Region A A

Rusiyanın məşhur yazıçılarından Boris Akuninin (əsl adı Qriqori Çxartişvili) kitablarını nəşr edən “Zaxarov” yayım evində axtarış aparılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nəşriyyatın nümayəndələri bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd edək ki, “Zaxarov” nəşriyyatı 1990-cı illərdən Akuninin kitablarını dərc edir. Nəşriyyatın direktoru İrina Boqat hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri “Zaxarov”un Akuninin kitablarını satışdan çıxarmaması ilə bağlıdır.

“Biz Akuninin kitablarını satışdan, saytımızdan silməmişik və “AST” nəşriyyatı kimi Qriqori Şalvoviç Çxartişvili ilə əməkdaşlığı dayandırdığımız barədə açıqlama verməmişik. Bu da onun nəticəsi”, - deyə İrina Boqat bildirib.

Qeyd edək ki, Rusiyanın “Novıy mir” ədəbi jurnalı Akuninin iki pyesini öz saytından yığışdırıb. Bundan əvvəl “AST” nəşriyyatı Boris Akunin və Dmitri Bıkovun kitablarının yayımını dayandırıb. “Kitay-qorod – Bukvoed” mağazalar şəbəkəsi də adı çəkilən müəlliflərin kitablarını satışdan çıxarıb.

Dünən Akunin “Rosinformmonitorinq” dövlət agentliyi tərəfindən ekstremist və terrorçuların siyahısına daxil edilib. İstintaqın məlumatına görə, yazıçı terrora haqq qazandırmaqda və Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunur. Daha sonra ona qarşı cinayət işi açılıb. Taleyin istehzası...

Boris Akunin çar Rusiyasında polis və agent olaraq xidmət edən məşhur “Erast Fandorin” adlı ədəbiyyat qəhrəmanının müəllifi sayılır. “Erast Fandorin” onun romanlarında ömrünü Rusiya dövlətinə həsr etmiş bir şəxs kimi təsvir olunur. Boris Akuninin yazdığı kitablar əsasında 7 film çəkilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR