İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanın Avrozonaya daxil olacağı tarix müəyyənləşib

482 29.01.2024 20:56 Dünya A A

Bolqarıstan hökuməti ölkənin avrozonaya mümkün daxil olma tarixini 2025-ci il yanvarın 1-I olaraq təsdiqləyib.

Bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilev yunanıstanlı həmkarı Stavros Papastavru ilə görüşündən sonra açıqlama verib: "Yunanıstan Bolqarıstanın Şengenə tam üzvlüyünü dəstəkləyir, bu da quru sərhədlərinin tam açılması və nəqliyyatın rahatlığı, eləcə də 2025-ci il yanvarın 1-dən gözlənilən avrozona üzvlüyü deməkdir".

2023-cü ilin noyabrında Bolqarıstan hökuməti Bolqarıstanın avrozona üzvlüyünə hazırlanması üzrə Koordinasiya Şurasının işinə dəyişikliklər qəbul edib, ona 2025-ci ilin əvvəlindən avroya keçid üçün praktiki hazırlıqları davam etdirmək tapşırılıb.

Bununla belə, baxmayaraq ki, ölkə avrozonanın digər tələblərinə cavab verir, ekspertlər ölkədəki inflyasiyanın yüksək səviyyəsinə görə Bolqarıstanın bu planı həyata keçirə biləcəyinə şübhə ilə yanaşırlar. Avropa Komissiyası Bolqarıstanın Avrozonaya daxil olmasının mümkünlüyü ilə bağlı hesabatı iyunda təqdim etməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR