İnsanlara hürriyət, millətlərə istiqlal!

Boksçu deputat söyüşə görə həbs olundu

598 19.12.2022 17:22 Region A A

Sankt-Peterburqun Pulkovo hava limanında nəqliyyat polisi Dövlət Dumasının Krasnodar diyarından olan deputatını, boks üzrə orta çəkidə keçmiş dünya çempionu Dmitri Piroqu saxlayıb.

Musavat.com xəbər verir ki, hadisənin dekabrın 18-də axşam saatlarında baş verdiyi məlum olub.

Dmitri Piroq hüquq-mühafizə orqanının əməkdaşını təhqir etməkdə ittiham olunur. 

“İzvestiya” qəzetinin etibarlı qaynaqlara istinadən verdiyi xəbərə görə, Dövlət Dumasının Bədən tərbiyəsi və idman komitəsinin sədrinin birinci müavini hava limanındakı gecə klubunda futbola baxıb və ucadan nalayiq söyüşlər söyüb.

“Baza” teleqram kanalının məlumatına görə, Dmitri Piroq klubda 20 min rublluq hesabı ödəməkdən imtina edib, üstəlik məkanın əməkdaşlarının çağırdığı polisləri təhqir etməyə başlayıb. Teleqram kanalda polisin bir şəxsin qolunu sıxdığı videogörüntü, həmçinin deputatın ödəməkdən imtina etdiyi hesabın fotosu nümayiş olunub. Məbləğin böyük hissəsi Fransanın “Chablis” şərabına aidmiş.

Dmitri Piroqun köməkçisi Vadim İvanov deputatın saxlanması ilə bağlı məlumatları təkzib edir.

Qeyd edək ki, Dmitri Piroq hakim Vahid Rusiya Partiyasının Ali Şurasının üzvü, 2017-ci ildən Dövlət Dumasının deputatıdır. Piroq 2010-2012-ci illərdə WBO versiyası üzrə orta çəkidə dünya çempionu olub. Boksçu deputatın adı Qərbin sanksiya siyahısındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR