İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Ərzaq Təşkilatı: Bu sahəyə sərmayələr yolverilməz dərəcədə azalıb

374 10.12.2023 22:28 Dünya A A

Kənd təsərrüfatı və ərzaq sahəsinə iqlim maliyyələşməsinin həcmi yolverilməz dərəcədə aşağıdır və azalmaqda davam edir.

Musavat.com xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib.

Təşkilatın hesabatında qeyd olunur ki, iqlim maliyyələşməsi iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq və onlara uyğunlaşmaq üçün tədbirləri dəstəkləməyə yönəlmiş dövlət, özəl və digər mənbələrdən yerli, milli və ya transmilli maliyyələşmədir.

FAO-nun məlumatına görə, 2000-2021-ci illər arasında kənd təsərrüfatı və ərzaq sistemlərinin inkişafı üçün iqlimlə bağlı maliyyə dəstəyi 183 milyard ABŞ dolları təşkil edib və bunun yarıdan çoxu 2016-cı ildən sonra ayrılıb. Lakin bu göstərici 2021-ci ildə kəskin şəkildə azalıb: 2020-ci illə müqayisəd 12 faiz az - 19 milyard dollara düşüb.

Mütəxəssislər Asiyanı bu baxımdan ən çox təsirlənən region adlandırırlar, burada 2020-ci illə müqayisədə maliyyələşmədə kəskin azalma 44 faiz qeydə alınıb. Afrika və Avropada 4 faiz, Latın Amerikası və Karib hövzələrində isə 6 faiz cüzi artım müşahidə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR