İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də ŞOK anons: Ukrayna üçün pis xəbərlərə hazırlaşın! Elxan Şahinoğlu ilə CANLI

1467 30.12.2023 13:06 Son xəbər A A

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətidir”. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. O müqavilənin Moskvada imzalana biləcəyi ilə bağlı suala cavab verərkən deyib:

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixinin və yerinin müəyyən edilməsi səlahiyyəti bu dövlətlərin özlərinin səlahiyyətindədir. Başqa heç kimin bunun nə vaxt baş verəcəyi ilə bağlı qərar qəbul etmək hüququ yoxdur".

Qaluzin əlavə edib ki, vaxtla bağlı sual Bakı və İrəvandakı tərəfdaşlara ünvanlanmalıdır. Eyni zamanda, Rusiya XİN rəhbərinin müavini xatırladıb: “Əlbəttə, biz Cənubi Qafqazda baş verənlərə laqeyd baxa bilmərik. Rusiya tarixən Qafqaz dövlətlərindən biridir, üstəlik, regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri saxlayır”.
Diplomatın sözlərinə görə, Moskvanın hazırkı mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazın taleyini onun ümumi yurdu olanlar müəyyən etməlidir. “Kənardan heç kim Zaqafqaziyada davamlı sülh və sabitliyə yol açmayacaq”, - deyə Qaluzin əlavə edib. O qeyd edib ki, “möcüzəvi Qərb yardımı”na güvənmək illüziya və təhlükəlidir.

“Çox yaxın gələcəkdə Qərb və Ukrayna üçün pis xəbərlərə hazırlaşın”. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TŞ-nin iclasında deyib. “Kiyev rejiminin hərbi planları tam fiaskoya uğradı. Ona görə də Zelenski və onun dəstəsi üçün yeni hərbi və maliyyə yardım paketlərinin Vaşinqtonda və ya Brüsseldə təsdiq edilib-edilməməsindən asılı olmayaraq, çox yaxın gələcəkdə ən pis xəbəri gözləyin”, - Nebenzya bildirib. Diplomat Rusiya üzərində hərbi qələbəni əlçatmaz adlandırıb.

TVMusavat-ın bu gün saat 13:30-da canlı yayımlanan “Canlı debat” verilişində aparıcı Sevinc Telmanqızı siyasi ekspert Elxan Şahinoğlu ilə ilin yekunlarını dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR