İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT ABŞ-da yeni edam növünə qarşı çıxdı

611 13.01.2024 01:28 Dünya A A

Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın Alabama ştatının yanvarın 25-də ilk dəfə olaraq saf azotdan istifadə edərək məhbusu edam etmək planına qarşı çıxır.

Bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. O, bildirib ki, "BMT ölüm cəzasının istənilən tətbiqinə qarşıdır".

Məhkum Kennet Smit 1988-ci ildə bir qadını sifarişlə qətlə yetirməkdə təqsirli bilinib. Cinayət ortağı ilə birlikdə o, qətlə görə min dollar alıb. Ortağı 2010-cu ildə edam edilib. Smitin özünü də öldürücü inyeksiya ilə edam etmək istəyiblər, lakin o, sağ qalıb.

Smitin vəkilləri bildirirlər ki, saf azotlam edam digərlərindən çox qəddardır. Onların fikrincə, dövlət orqanları müştərilərindən yeni edam üsulu üçün “sınaq subyekti” kimi istifadə edirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR