İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz türkük, ruslar bizdən qorxurlar”- Qırğızıstanın ikinci şəxsini buna görə...

3098 15.02.2026 12:00 Siyasət A A

Ötən həftə Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan Qırğızıstanda əhəmiyyətli siyasi dəyişikliklərlə yadda qaldı. Milli Təhlükəsizlik Komitəsinin rəhbəri və prezident Sadır Japarovun ən yaxın müttəfiqlərindən biri olan Kamçıbek Taşiyev gözlənilmədən işdən çıxarıldı.

Picture backgroundMusavat.com bildirilir ki, Qırğızıstan siyasətində son illərin ən güclü ittifaqı sayılan Japarov–Taşiyev tandemi faktiki olaraq artıq dağılmış sayılır. 2020 inqilabından sonra hakimiyyətə gələn bu duet ölkədə idarəetmə modelini dəyişərək prezident institutunu gücləndirmiş, parlamentin rolunu azaltmışdı. Bu sistem uzun müddət sabit görünürdü, lakin 2027 prezident seçkiləri yaxınlaşdıqca daxili rəqabət açıq mübarizəyə çevrildi.

Bu fonda Taşiyevin tərəfdarları erkən seçkilər ideyasını gündəmə gətirdi. Ardınca prezident Taşiyevi və onun bir neçə yaxın adamını vəzifədən uzaqlaşdırdı, sərhəd xidməti və dövlət mühafizəsini də onun tabeliyindən çıxardı. Taşiyev qərarı “gözlənilməz” adlandırdı və tərəfdarlarını qarşıdurmadan çəkinməyə çağırdı.

Rusiyanın “Vzqlyad” nəşri yazır ki, Taşıyevin hakimiyyətdən uzqlaşdırılmaasının səbəbləri sırasında onun Qırğızıstanın iki əsas iqtisadi, siyasi və hərbi tərəfdaşı olan Rusiya və Çinlə münasibətlərinə xələl gətirə biləcək bəyanatları ola bilər. “Məsələn, Taşiyev 2025-ci ildə dərc olunmuş manifestində yazırdı ki, qırğızların tarixi yalnız yurdlar və kumuzlar deyil. Biz böyük döyüşçülərin nəsilləriyik. Rus knyazları və Çin sülalələri bizdən qorxurdular. Fars və Bizansda bizə hörmət edilirdi. Əcdadlarımızın torpaqları bugünkü Qırğız Respublikasının hüdudlarından çox kənara çıxırdı. Bu, bizim torpağımız, qanımız, şərəfimizdir. Biz qırğızıq. Biz türkük". O da bəlli olur ki, Taşıyev xüsusən də Türkiyə, Böyük Britaniya və ümumiyyətlə Avropa ölkələri ilə münasibətlərin dərinləşdirilməsini müdafiə edirmiş.

Qeyd edək ki, Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) qurucu və aktiv üzvüdür, təşkilatın inteqrasiya proseslərində, o cümlədən enerji və mədəniyyət sahələrində fəal iştirak edir. Bişkek şəhəri TDT-nin bir çox yüksək səviyyəli görüşlərinə, o cümlədən energetika nazirlərinin iclaslarına ev sahibliyi edib. TDT-nin 2024-cü ildə qəbul edilən yeni bayrağında Qırğızıstan bayrağındakı günəş elementi də yer alır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR