İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz Rusiyanın qulu olmuşuq” - SENSASİON ETİRAF

1100 26.02.2024 14:39 Son xəbər A A

“Belarus prezidenti Aleksandr Lukaşenko kölə statusunda yaşayır. Biz isə bu statusda qalmaq istəmirik”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Qaqik Melkonyan söyləyib.

Melkonyan Belarus liderinin Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması prosesinə reaksiyasına bu cür təhqiramiz şərh verib.

“Lukaşenko çox şey dedi. Amma onun əsas leytmotivi bu idi - Ermənistan hara qaçacaq? Biz müstəqil ölkə olmaq istəyirik ki, kiminlə istəsək, görüşüb müqavilə imzalaya bilək”, - deyə Qaqik Melkonyan bildirib.

Yerli jurnalistlər Melkonyana “Ermənistan bundan əvvəl müstəqil deyildimi” deyə sual ünvanlayıblar. Erməni siyasətçi həmin suala belə cavab verib:

“Xeyr, biz Rusiya Federasiyasının qulu olmuşuq, çünki bizə hər şeyi diktə edən, kiminlə görüşməli, kiminlə əlaqə saxlamalı olduğumuzu deyən Moskva olub”.

Belə olan halda Ermənistanın niyə KTMT-dən çıxmadığını soruşduqda deputat belə cavab verib: “Vaxtı gələndə hər şeyi edəcəyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR