İnsanlara hürriyət, millətlərə istiqlal!

"Biz indi utandığımızdan heç kmin gözünə baxa bilmirik" - Mamicanyan

1482 26.12.2023 18:12 Siyasət A A

"Ötən illərin etiraz hərəkatları öz əsas məqsədinə çata bilmədi, çünki bir sıra səhvlər oldu".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan mətbuat konfransında bildirib.

“Mən bu səhvlər barədə ictimaiyyətə açıqlama verməyi qeyri-məhsuldar hesab edirəm, çünki mübarizə yoldaşlarımın hesabına siyasi dividendlər qazanmaq vərdişim yoxdur ”, - deyə o, söyləyib.

Qeyd edək ki, Mamicanyan Serj Sərkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyasının üzvüdür. Son illər ərzində bu partiya demək olar ki, heç nə ilə yadda qalmayıb.

“Ancaq qeyd edək ki, bütün bu illər ərzində RPA təşəbbüskar yox, dəstəkçi olub. Deyəsən, növbə bizə gəlib çatıb. Respublikaçılar Partiyası bir sadə səbəbdən satqınları və təslimçiləri qəbul edə bilməz. Bu mübarizə nəticəsində hazırda həbsdə olan, mübarizəmizdə iştirak edənlərin dostlarının, qohumlarının, ailə üzvlərinin gözünün içinə baxa bilməyəcəyik”,-deyə erməni siyasətçi bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR