İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişkek: əcnəbilərə hücum edənlərin daha bir qrupu saxlanılıb

399 22.05.2024 11:42 Dünya A A

Qırğızıstanda Çuy vilayətinin asayiş keşikçiləri əcnəbilərə qarşı kütləvi iğtişaşlar törətməkdə şübhəli bilinən şəxsləri müəyyən edərək saxlayıblar.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Çuy vilayətinin daxili işlər idarəsindən verilən məlumata görə, mayın 18-də saat 04:30 radələrində təxminən 60-70 nəfər naməlum şəxs Hindistan, Banqladeş və Pakistandan olan əcnəbi vətəndaşların işlədiyi və yaşadığı Alamudun kəndin gəliblər və əcməbilərin işlədiyi və yaşadığı “A-S T” MMC-nin tikiş sexinə qanunsuz daxil olublar. Basqınçılar xuliqanlıq məqsədi ilə ictimai asayişi kobud surətdə pozaraq, özgənin əmlakını dağıdıb talan ediblər. əcnəbi vətəndaşlara bədən xəsarəti yetirib, pullarını və cib telefonları alaraq aradan çıxıblar.

Faktla bağlı cinayət işi başlanılıb və faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bildirilir ki, iğtişaşlar nəticəsində “A-S T” MMC-nin tikiş sexinə maddi ziyan dəyib, 14 əcnəbi vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

“Aparılan əməliyyat-axtarış tədbirləri zamanı Çuy Rayon Mərkəzi Daxili İşlər İdarəsinin əməkdaşları tərəfindən şübhəli bilinən vətəndaşlar B.B. 1968-ci il təvəllüdlü T.B. 1995-ci il təvəllüdlü D.B. 2003-cü il təvəllüdlü R.A. 2003-cü il təvəllüdlü A.K. saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, - deyə idarədən bildirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şübhəlilərin evindən 5 ədəd “Redmi” və “Samsung” markalı mobil telefonlar, xarici pul vəsaitləri, həmçinin müxtəlif nominallı somlar ələ keçirilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR