İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir toydan 70 min manat pul qazandım” - VİDEO

2171 19.03.2024 11:54 Şou-biznes A A

"Gözümü açandan və bu sənətə gələndən hər zaman pul qazanmışam. Mənim toylarım bir fərqli olub. Mən hər dəvət aldığım məclisə getmirdim. Əgər məni qonorar baxımından razı sala bilirdilərsə, o zaman toya gedirdim".

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Sevda Kazımova "Space maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, bir toydan 70 min manat qonorar alıb:

"Mən çox "yaxşı" qiymətə toya getmişəm. Bütün musiqiçilərdən bilir ki, mən "dəhşət" pul qazanmışam. Bir toyda oxudum orada mənə 70 min manat pul verdilər. 7 "paçka" 100 manatlıq əskinası çantamın içinə qoydular. Həmin vaxt mən sevinmədim. Çünki mənə hüzur lazımdır. Pulları mənim çantama qoyanda istədim onları qoyum kənara rəfiqəm o an mənə söylədi ki, "Seva dəymə o pullara, qoy qalsın".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR