İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir sıra ölkələrdə Yeni il hədiyyələri çatışmazlığı yaranacaq 

416 09.12.2023 20:05 Dünya A A

Dünyanın iki əsas gəmiçilik kanalında - Panama və Süveyşdə problemlər səbəbindən Böyük Britaniyada və bir çox başqa ölkələrdə Milad hədiyyələrinin çatışmazlığı yarana bilər.

Musavat.com xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, son 70 ilin ən kəskin quraqlığı fonunda Panama kanalını su ilə təmin edən göllərdə suyun səviyyəsi kəskin azalıb.

Buna görə də göllərdən su axını məhdudlaşdırılıb, eyni zamanda kanaldan keçən gəmi sayına məhdudiyyət tətbiq edilib. Hazırda adi gündəlik konteyner gəmilərinin cəmi 60 faizi kanaldan keçir, fevralda isə bu rəqəm 50 faizə enəcək. Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Süveyş kanalında gəmiçilik üçün risklər kəskin şəkildə artıb. Yəmənin husi üsyançıları İsraillə əlaqəli hesab etdikləri gəmilərə hücumlar həyata keçirməyə başlayıblar.

Britaniya İxrac və Beynəlxalq Ticarət İnstitutunun baş direktoru Marko Forgione nəşrə bildirib ki, bir sıra malların Milad bayramında ölkəyə çatdırılması mümkün olmayacaq. Onun sözlərinə görə, bir çox idxalçılar Milad yüklərini vaxtında ala bilməyiblər. Bundan əlavə, bayram günlərində hədiyyə olaraq tələb olunan elektronika, o cümlədən smartfonların bəzi modellərinin qıtlığı ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR