İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başladı

506 25.07.2024 10:30 Ölkə A A

Bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Səfər dünya miqyaslı 4 nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.

Turistlər iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edəcək, iyulun 26-da Laçına, iyulun 27-də isə Cəbrayıl (Xudafərin körpüsü) və Füzuliyə səfər edəcəklər. Səfər zamanı səyyahlar Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi bu qrupun səfəri sayca 11-ci olacaq.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR