İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir oğlu intihar etmişdi" - Məşhur müğənni ikinci oğlunu da itirdi - FOTO

2244 11.12.2022 01:50 Hadisə A A

Rok-n-roll kraliçası kimi tanınan isveçrəli müğənni və aktrisa Tina Turnerin kiçik oğlu Ronnni 62 yaşında həyatını itirib.

Musavat.com xəbər verir ki, o, yaşadığı mənzilində ölü tapılıb.

Verilən açıqlamada bildirilib ki, Ronni qonşuları tərəfindən evdə huşsuz vəziyyətdə aşkarlanıb. 

Bu barədə sosial media hesabında paylaşım edən məşhur müğənni Tina “Ronni, sən bu dünyadan çox tez getdin. Kədər içində gözlərimi yumub səni düşünürəm, sevimli oğlum”,- deyə paylaşım edib. 

Ünlü şarkıcı bir oğlunu daha kaybetti - Resim : 1

Qeyd edək ki, 62 yaşlı Ronni onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Onu da bildirək ki, dörd il əvvəl Tinanın böyük oğlu Kreyq də intihar etmişdi.

Musavat.com

Ünlü şarkıcı bir oğlunu daha kaybetti - Resim : 2

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR