İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq oyunçular Qarabağ məsələsində özlərini Azərbaycanın istəyinə uyğun aparır

481 17.07.2023 16:24 Region A A

 

“Beynəlxalq oyunçular, özünəməxsus "çevikliklə" özlərini Qarabağ məsələsindən uzaqlaşdırmağa çalışırlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin müxalif “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyandır.

“Kollektiv Qərb özünü “Qarabağ probleminin həlli üçün çox səy göstərirmiş” kimi təqdim edir. Amma əslində, bütün bunlar, Qarabağın sülh yolu ilə azərbaycanlaşmasını təmin etmək üçündür. Ruslar “erməni Qarabağını” saxlamaq istədiklərini deyirlər, lakin Ermənistan hakimiyyəti nəyin bahasına olursa olsun onu təslim edir.

“Cəmiyyətin (erməni-red.) əksəriyyəti Ermənistan hakimiyyətinin Türkiyə gündəminə xidmət etdiyinə şübhə etmir, lakin beynəlxalq oyunçular bilməlidirlər ki, onların bu siyasəti onlardan bəzilərinin regional ölümünə səbəb olacaq”,-deyə Abramyan yazıb.

Erməni politoloqun sözlərinə görə, hazırda Rusiyanın tamamilə bölgədən sıxışdırılıb çıxarılması prosesi gedir.

“Bütün bunlar azərbaycanlıların Rusiyanı gözdən salmaq və ələ salmaq davranışları fonunda baş verir. Ukrayna cəbhəsi ruslar üçün nə qədər prioritet olsa da, bilməlisiniz ki, qatar artıq hərəkətə keçib və sonradan onu dayandırmaq çox gec olacaq”, - deyə revanşist deputat qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR