İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinə niyə biganədir? - kimdən nəyi tələb edək...

431 28.12.2023 13:29 Siyasət A A

Ekspert: “Azərbaycan diplomatiyası mina təhlükəsi barədə həyəcan siqnalını növbəti ildə gücləndirməlidir”

Ermənistanın 30 il ərzində işğalda saxlamış olduğu Qarabağda saysız-hesabsız və xaotik sayda basdırdığı minalar region üçün ən böyük təhlükə mənbəyidir. Mina problemi təkcə Azərbaycanın problemi sayıla bilməz, bu, terrorla mübarizə kimi bir məsələdir. Faktiki olaraq Azərbaycan mina terroruna məruz qalmaqdadır. Postmüharibə dövründə 300-dən artıq Azərbaycan vətəndaşı minaya düşüb.

Ağdamda dekabrın 26-da ANAMA-nın mina axtaran əməkdaşı da bu terrorun qurbanı olub. Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu mina partlaması nəticəsində xəsarət alıb.

“Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”

Bu həyəcan təbilini Azərbaycan Xarici İşlər Nazirliyi çalıb. “Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!”, - deyə XİN-in bəyanatında bildirib.

Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Azərbaycandakı mina terroruna niyə lazım olan dəstəyi vermir? Mina ilə çirkləndirilmiş ərazilərin təmizlənməsinə dəstək qlobal məsələdir və müvafiq beynəlxalq təşkilatların birbaşa öhdəliyidir. Azərbaycan bu yöndə konkret olaraq kimdən nəyi tələb etməlidir?

Zelenskidən SOS!: Rusiya Zaporojye AES-i partladacaq! - Ukraynaya tələ  hazırlanır?

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə dedi ki, minatəmizləmə ilə bağlı beynəlxalq əməkdaşlığa nail olmaq daha çox siyasət və diplomatiya işidir: “Günümüzdə dünyanın 67 ölkəsi mina təhdidi ilə üzbəüz qalsa da, bu problemin birdəfəlik və yaxın gələcəkdə həlli mümkün görünmür. Dünyanın ən çox minalanmış ərazilərindən biri təəssüf ki, Qarabağdır. Bunu mina qurbanlarının statistikasına baxanda da görmək olar. Məsələn, Landmine Monitor hesabatlarına görə, 2021-ci ildə dünyada 5544 nəfər, 2022-ci ildə isə 4710 nəfər mina qurbanı (ölüm və yaralanma) olub və bu, 2 ildə dünyada 10,3 min nəfər insanın mina qurbanı olması deməkdir. 44 günlük müharibədən bəri Azərbaycanda mina qurbanlarının sayı isə 341 nəfərdir. Deməli, Azərbaycan son 2-3 ildə dünya üzrə mina qurbanlarının 2-3%-ni təşkil edir. Bu, böyük rəqəmdir və ciddi narahatlıq doğurur. Təbii ki, Azərbaycan XİN də mina terroru barədə həyəcan təbili çalıb. Bilirik ki, Ermənistanın təqdim etdiyi xəritələr 20-25% doğruluğa malikdir və əsasən yanlışdır. Azərbaycan minaların təmizlənməsində daha çox beynəlxalq dəstək üçün çağırışlar etməlidir. Məsələn, beynəlxalq QHT olan Halo Trust Qarabağda yaşayan ermənilərin mina qurbanına çevrilməməsi üçün uzun onilliklər boyu (2020-ci ilədək) orada mina təmizlik işləri aparmışdı. Digər nümunə Avropa İttifaqının "Afrika üçün Təcili Yardım Fondu" humanitar minatəmizləmə fəaliyyəti ilə də məşğul olur.

Azərbaycan əməkdaşlıq etdiyi beynəlxalq platformalarda minatəmizləməyə yardım üçün xüsusi fond və dəstək ayrılmasına dair müraciət edə bilər. Hazırda dünyada minatəmizləmə işləri üçün fond vəsaitlərinin böyük hissəsini əlinə alan təşkilatlar bunlardır (2022-ci il rəsmi statistikası üzrə): Halo Trust (64,6 milyon dollar), Norveç Xalqının Yardımı (34,4 milyon dollar), Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti (29,4 milyon dollar), Mina Məsləhət Qrupu (28,6 milyon dollar), Humanity&Inclusion (21,4 milyon dollar), Danimarka Qaçqın Şurası (19,2 milyon dollar), Cenevrə Humanitar Minatəmizləmə Beynəlxalq Mərkəzi (14,1 milyon dollar). Azərbaycan bu təşkilatlara minatəmizləmə işimizə dəstək göstərmələri üçün müraciətlər ünvanlaya bilər.

Sülh müqaviləsi çərçivəsində həm Azərbaycanın, həm də Ermənistanın Minaların Qadağan Olunması haqqında Konvensiyaya qoşulmasına dair təbliğat işi aparıla bilər.

Azərbaycan-Ermənistan sülh müqaviləsi və normallaşma prosesi delimitasiya prosesindən daha əvvəl baş tutarsa, bu çərçivədə iki ölkə sərhədinin delimitasiya olunmamış hissəsində birgə minatəmizləmə işləri həyata keçirilə bilər.

Onu da vurğulayım ki, minalardan tam azad olmaq uzun vaxt aparsa da, mümkündür. Məsələn, Mozambik 2015-ci ildə 22 illik çalışmalardan sonra minalardan tam azad elan edilib. 2020-ci ildə Çili (21 illik çalışmalardan sonra), həmçinin Birləşmiş Krallıq  (40 illik çalışmalardan sonra Folklənd adalarında) minalardan tamamən təmizləndiyini bəyan edib.

Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, gec-tez minalardan da azad edəcək. Lakin bu işdə konstruktiv mövqe və əməkdaşlıq gələcək münasibətlər üçün təməl rolunu oynaya bilər".

Jurnalist Səxavət Məmməd həbs edildi

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Ermənistan mina xəritələrini heç zaman verməyəcək: “Azərbaycan 30 ildən çoxdur ki, mina terrorundan əziyyət çəkir. Biz nədənsə müharibədən sonrakı dövrü daha çox qabardırıq, ancaq müharibədən əvvəlki dönəmdə də minaya düşən Azərbaycan vətəndaşları olub. Azərbaycan hazırda öz gücünə və bəzi ölkələrin dəstəyi ilə işğaldan azad edilmiş əraziləri minadan təmizləməyə çalışır. Basdırılan minaların sayına baxdıqda, bunu Azərbaycan öz gücünə uzun illərlə təmizləyib qurtara biləcək. Bunun üçün isə milyardlarla vəsait gedəcək. Hesab edirəm ki, rəsmi Bakı məsələni beynəlxalq təşkilatlara, BMT səviyyəsinə çıxarmalıdır. Avropa İttifaqı sülhdən danışır, sülh sazişini Brüsseldə imzalamağı təklif edir. Azərbaycan Avropa İttifaqı qarşısında da bu problemi qaldırmalıdır”.

393091950_878842473706438_2306606585291859130_n.jpg (357 KB)

Aqşin Kərimov

Siyasi ekspert Aqşin Kərimov hesab edir ki, Azərbaycan diplomatiyası mina təhlükəsi barədə həyəcan siqnalını növbəti ildə gücləndirməlidir: “Əgər Bakı Ermənistanın basdırdığı minaların yaratdığı təhdidlərin və təhlükələrin miqyası barədə beynəlxalq ictimaiyyəti inandırmağı bacarsa, bu, regionun rifahını açan oyun qaydalarına yeni nəfəs verəcək. Cari situasiya üçün dünya ictimaiyyətinin mina təhlükəsinə qarşı sönük reaksiyası isə daha çox Ermənistana bəslənən simpatiya ilə əlaqəlidir. Azərbaycan diplomatiyası əlindən gələni etməlidir, hətta Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın belə Qarabağda vaxtı ilə törətdiyi cinayətlərlə mina təhdidləri arasında korelyasiya qurmalıdır. Yəni dediyim odur ki, Azərbaycan geosiyasi müstəvidə yeni üstünlük qazanmaq üçün hətta Qarabağda separatçı fəaliyyətlə məşğul olmuş şəxslərin əməllərini mina məsələsi ilə də tövsif edə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR