İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Əlillər Günü münasibətilə sərgi - “Sevgi palitrası”

648 02.12.2025 14:08 Mədəniyyət A A

Muzey Mərkəzində müxtəlif inkişaf məhdudiyyətli, o cümlədən Daun sindromlu uşaqların əl işlərindən ibarət “Sevgi palitrası” adlı sərgi açılıb.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərgi 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunub.

Tədbirdə “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nümayəndələri, rəssamlar, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Sərginin məqsədi fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına, yaradıcılıq qabiliyyətlərinin nümayişinə və ictimai diqqətin bu mövzuya yönəldilməsidir.

Ekspozisiyada 21 nəfər Daun sindromlu və müxtəlif inkişaf məhdudiyyətli uşaqların rəssamlıq üzrə əl işləri nümayiş olunub. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Əlillər Günü BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR