İnsanlara hürriyət, millətlərə istiqlal!

"Beşiktaş" yeni baş məşqçi ilə ilk matçında heç-heçə edib

804 04.04.2022 02:04 İdman A A

Futbol üzrə Türkiyə Super Liqasında XXXI turun mərkəzi görüşü "Trabzonspor" və "Beşiktaş" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Şenol Güneş" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

56-cı dəqiqədə meydan sahiblərindən Andreas Kornelius hesabı açıb. 68-ci dəqiqədə Mişi Batşuayi penaltini dəqiq yerinə yetirə bilməsə də, 71-ci dəqiqədə komanda yoldaşı Valentin Rozye bərabərliyi təmin edib. 80-ci dəqiqədə isə Kayl Larin qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyub.

Bununla da xallarını 71-ə çatdıran "Trabzonspor" 1-ci, 47 xala malik "Beşiktaş" 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, "Beşiktaş"ın yeni baş məşqçi Valerien İsmaelin rəhbərliyi altında ilk matçı olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR