İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsəd barəsində həbs qərarı, 1400-dən çox insanın ölümündə ittiham olunur  

849 15.11.2023 16:11 Dünya A A

Fransa məhkəməsi Suriya Prezidenti Bəşər Əsədin həbsinə order verib.

Musavat.com Rusiya mediasına istinadən məlumat verir ki,  Fransa 2013-cü ildə kimyəvi silahlardan istifadə edərək etdiyi hücumlara görə, insanlığa qarşı cinayətlərdə iştirakda ittiham olunan Suriya Prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.

Bildirilir ki, Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hücumlara görə hərbi cinayətdə iştirakda şübhəli bilinir.

Yerli media mənbə yazır ki, Suriya prezidenti ilə yanaşı, onun qardaşı, Suriya Respublika Qvardiyasının komandanı Maher Əsəd, eləcə də generallar Qassan Abbas və Bassam al-Assadın həbsinə orderlər verilib. Onların hər biri 2013-cü ildə “kimyəvi silahdan istifadə” ilə bağlı insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunur.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR