İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş ayda 1,2 milyard dollarlıq qeyri-neft məhsulu satmışıq

565 07.06.2022 16:25 İqtisadiyyat A A

2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard dollar təşkil edib. Musavat.com “İxrac icmalı”na əsasən xəbər verir ki, bunun 1,2 milyard dolları qeyri-neft məhsulları olub. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 280,6 milyon dollar və ya 30,9 faiz artıb.

2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 219,2 milyon dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8 faiz, pambıq iplik ixracı 23,7 faiz, pambıq lifi ixracı isə 14,5 faiz artıb.

2022-ci ilin may ayıda ümumi ixrac 3,6 milyard dollar , o cümlədən qeyri-neft sektoru üzrə ixrac 5,7 faiz artımla 222,4 milyon dollar olub. Ay ərzində yeyinti məhsulları üzrə ixrac 66,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 24,7 faiz artaraq 156 milyon dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR