İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə təbiət abidəsi kimi qeydiyyatda olan ağac kəsilib, cinayət işi başlanıb

468 02.11.2023 14:34 Son xəbər A A

Təbiət abidəsi kimi qeydiyyatda olan ağacın qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bərdə rayonu ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı rayonun Türkmən kəndi ərazisində təbiət abidəsi kimi qeydiyyatda olan bir ədəd Şərq çinarı cinsinə məxsus ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 12 min 900 manat məbləğində maddi ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR