İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzema yoxa çıxıb

1250 30.12.2023 23:39 İdman A A

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema məşqlərdə iştirak etmir.

Fransalı forvard bu gün ölkə çempionatının “Ət-Tay”la keçiriləcək matçında meydana çıxmayacaq. O, komandanın son iki məşqinə qatılmayıb.

Benzema məşqlərdə iştirak etməməklə yanaşı, “Əl-İttihad”ın yerləşdiyi Ciddə şəhərini də tərk edib. Ulduz futbolçunun gedişinin nə ilə bağlı olması barədə dəqiq məlumat yoxdur.

36 yaşlı hücumçunun klub rəhbərliyi ilə münasibətlərinin yaxşı olmadığı ehtimal edilir. Təcrübəli oyunçu son matçlarda göstərdiyi performansa görə azarkeşlərin tənqidlərinə məruz qalıb.

Qeyd edək ki, Kərim Benzemanın komandası Səudiyyə Ərəbistanının çempionatında “Ən-Nəsr”ə 2:5 hesabı ilə məğlub olduğu oyundan sonra “Instagram” hesabını silib. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR