İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzema "Qızıl top"da topladığı səslərlə tarixə düşdü

996 22.10.2022 14:36 İdman A A

"Real"ın və Fransa millisinin futbolçusu Kərim Benzema "Qızıl top"da topladığı səslərlə tarixə düşüb.

Qol.az xəbbər verir ki, 93 jurnalistdən 89-u səsini 34 yaşlı hücumçuya verib. Bu isə rekord hesab olunur. Sadəcə Niderland, Sloveniya, Seneqal və Misirdən olan jurnalistlər Benzemanı ən yaxşı hesab etməyiblər.

Bu göstəricidə ən böyük səs fərqini isə 2016-cı ildə Kriştiano Ronaldo yaratmışdı.

"Qızıl top"un ümumi səsverməsi isə bu nəticə ilə yekunlaşıb:

1. Kərim Benzema (Fransa, "Real") - 549 səs
2. Sadio Mane (Seneqal, "Liverpul"/"Bavariya") - 193 səs
3. Kevin De Brüyne (Belçika, "Mançester Siti") - 175 səs
4. Robert Levandovski (Polşa, "Bavariya"/"Barselona") - 170 səs
5.Məhəmməd Salah (Misir, "Liverpul") - 116 səs

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR