İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqorodda gərginlik: Novak bölgənin enerji təminatına dair müzakirə keçirdi  

600 27.03.2024 17:56 Dünya A A

 

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov, Rusiya Energetika Nazirliyinin rəsmiləri, habelə yanacaq və enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə bağlı şirkətlərlə görüş keçirib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, görüşdə bölgədəki obyektlər müzakirə edilib: "İştirakçılar Belqorod vilayətinin elektrik şəbəkəsi kompleksinin fəaliyyətini və yanacaq-energetika obyektlərinin təhlükəsizliyinin təmin edilməsini müzakirə ediblər".

Rəsmi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin zərbələri Belqorodda enerji təsərrüfatını zədələyib. Bölgənin Dubovoe və Tavrovo kəndlərinin 13 mindən çox sakini işıqsız qalıb. Bundan əlavə, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar su təchizatı və kanalizasiya qurğuları dayanıb.

Qubernator Vyaçeslav Qladkov bildirib ki, martın 26-na keçən gecə Rusiya hava hücumundan müdafiə sistemi Belqorod və Belqorod vilayəti üzərində 13 hava hədəfini vurub.

Qeyd edək ki, son günlər Belqorod əhalisi arasında dövlətin onlara münasibətindən narazılıq sürətlə artır. Sosial şəbəkələrdə əhalinin Ukrayna hücumları qarşısında  tək buraxıldığı, infrastruktura dəyən zərərin vaxtında aradan qaldırılmadığı, soyuq qış havasında on minlərlə insanın işıq və istiliksiz buraxıldığı bildirilir.

Ermənipərəst aparıcı Vladimir Solovyov bir neçə gün əvvəl narazılıq edən Belqorod sakinlərini təhqir edib. Bu, regionda narazılığın daha da artmasına səbəb olub. Vəziyyətin getdikcə gərginləşməsi fonunda baş nazir müavininin bölgəylə bağlı görüş keçirməsi əhalinin narazılığını azaltmağa yönəlib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR