İnsanlara hürriyət, millətlərə istiqlal!

“Beləsi hələ dünyaya gəlməyib” - Deputatdan ŞOK ÇIXIŞ

2168 05.03.2024 12:52 Siyasət A A

“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti hazırda qərəz miqyasından, həndəvərindən çıxıb və məlum kontekstdə qərəz sözü artıq yumşaq ifadə kimi səslənir. Ona görə də belə desək, daha doğru olar: Azərbaycanın uğurları onu qısqananların başına sözün gerçək anlamında yekə bir daş salıb”.

Musavat.com xəbər verir ki, bu fikirləri deputat Elşən Musayev Milli Məclisin iclasında söyləyib.

O bildirib ki, əvvəl Avropa Şurası ilə hücuma keçdilər:

“Amma daş qayaya rast gəldi və beləcə, yalnız özlərini biabır etdilər. Daha sonra prezident seçkilərini hədəf aldılar. ATƏT-in müşahidə missiyasını və onların tərkibində hətta bəzi missionerləri Bakıya ezam etdilər. Fəqət, yenə arzuları gözlərində qaldı, nəticə hasil olmadı. Çünki xalq İlham Əliyevə ciddi dəstək verdi, Azərbaycan vətəndaşı öz liderini növbəti dəfə qorudu. İndi də Avropa Parlamenti əleyhimizə hesabat hazırlayıb. Üstəlik, söhbət o hesabatdan gedir ki, əsl riyakarlıq nümunəsidir!”

Elşən Musayev parlament tribunasından Azərbaycana qarşı namərdcəsinə, nadancasına cəbhə açan şəbəkənin başbilənlərinə, başçılarına səslənib:

“Azərbaycanı öz yürütdüyü müstəqil və milli siyasətdən yayındırmaq istəyənin gərək 3 başı olsun. Beləsi isə bildiyim qədər hələ dünyaya gəlməyib”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR