İnsanlara hürriyət, millətlərə istiqlal!

Bekaryan: "Beynəlxalq aləmdə heç kim Ermənistanla razılaşmır"

1932 25.09.2023 11:44 Region A A

“Son hadisələr heç bir halda Ermənistanın başına gələnlər silsiləsində sonuncu həlqə olmayacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Vzqlyad” analitik mərkəzinin rəhbəri Karen Bekaryan deyib.

Onun sözlərinə görə, qalan halqalar Ermənistan beynəlxalq aləmdə öz subyektivliyini bərpa edənə qədər bir-birinin ardınca reallığa çevriləcək:

“İndi elə bir vəziyyətdəyik ki, beynəlxalq aləmdə heç kim Ermənistanla razılaşmır. Yəni Ermənistan sövdələşmə predmetinə çevrilib, çünki subyektivliyi olmayan ölkənin öz mövqeyini ortaya qoymaq, prosesdə iştirak etmək imkanı yoxdur”.

Karen Bekaryan əlavə edib ki, bugünkü Ermənistanda ölkənin həqiqətən kimin müttəfiqi olması anlayışı yoxdur.

“Əsl sülh dövrünü qurmaq üçün söz deyil, zəhmət tələb olunur. Gələcək sülhün bütün əsaslarını zamanla məhv edəcək addımlar atmaqla sülhə nail olmaq mümkün deyil”, - deyə Bekaryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR