İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhruz Məhərrəmov: “Bu coğrafiyada heç bir amil Əliyev kursu qədər müstəqilliyin qarantına çevrilə bilməz”

536 24.05.2024 12:10 Siyasət A A


Deputat Bəhruz Məhərrəmov Milli Məclisin iclasındakı çıxışında bildirdi ki, müstəqilliyimizin 106-cı il dönümündə Azərbaycan tarixçiliyi qarşısında bəlkə də ən ciddi problem hələ də yanlış olaraq suverenlik yolunun meydanlardan keçməsi kimi eyforiyanın davam etməsidir.

 “Baxmayaraq ki, ən azı yaxın dövrdə yaşananlar göstərir ki, meydanlardan müstəqilliyə yol getmir, inqilablar yalnız ölkələr üzərində əl dəyişikliyinə gətirib çıxarır. Ona görə də biz ilk növbədə Xalq Cümhuriyyətinin Rəsulzadənin müstəqillik mücadiləsinin nəticəsi olması, yaxud meydan hərəkatının SSRİ-ni dağıtması kimi absurd düşüncələrdən uzaq durmalıyıq”-deputat bildirdi.

B.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın müstəqillik əldə etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, müstəqilliyimiz tarixi obyektiv proseslərin qanunauyğun nəticəsidir”. Yəni, müstəqilliyin təməlində 1918-ci ildə Çar Rusiyasının, 1991-ci ildə isə SSRİ-nin dağılması dayanır. Əksinə, nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bilmədi və xalqın mənafeləri ziddinə tarixi cinayətlər törədildi. 1918-də İrəvan, 1991-93-cü illərdə bütövlükdə Qarabağ və Şərqi Zəngəzur xəyanətin qurbanı oldu. Ulu Öndərin tarixi bir ifadəsi var ki, “Müstəqilliyi yalnız milli məhdudiyyətdə görən cılız adamlar belə hesab edirlər ki, hər şey elə təkcə Azərbaycan miqyasında olmalıdır”.

 Həqiqətən də, Heydər Əliyevə qədər Azərbaycan özünün tarixinin heç bir dövründə müstəqilliyə aydın baxışa malik olmayıb. Hətta Cümhuriyyət dövrü və müstəqilliyin ilk illərində olduğu kimi, hələ də suverenliyi Rusiya ilə mübarizə kontekstində görənlər var. Amma cənab İlham Əliyev göstərdi ki, böyük siyasətdə cılızlığa yer yoxdur. Sual çıxır, 2012-ci ildə Rus hərbi bazasını, hazırda isə sülhməramlıları ölkədən çıxararkən  100 il öncəki, yaxud 90-cı illərin əvvəllərindəki davranışları niyə görmədik? Demək ki, problem Rusiya deyil, İrəvanı Ermənistana güzəştə gedən xəyanətkar təfəkkürlə, yaxud Xalq Cəbhəsi kimi cılız vizyonla yola çıxanda faciələr labüd olur. Demək ki, sözün əsl mənasında müstəqil davranmaq üçün ilk növbədə müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır. Necə ki, Heydər Əliyevin sovet Azərbaycanı məhz bu təfəkkürün sayəsində Xalq Cumhuriyyətindən də, 1991-93-cü il Azərbaycanından da daha müstəqil davrana bilirdi. Amma, təəssüf ki, Əliyevlərə qədər ölkədə nəinki, bu təfəkkür hakim olmayıb, üstəlik hətta  başqalarında özümüzə ehtiram təlqin edə bilməmişdik”.  

Deputatın fikrincə, ona görə də müasir Azərbaycan quruculuğunun kökündə həqiqətlər dayanmalıdır:

“Bu xalq üçün var olan, müstəqilliyin təməlində dayanan həqiqət isə Heydər Əliyevdir. Əlbəttə ki,  çox yanlış olaraq əks qütb formalaşdırmaq naminə  Rəsulzadədən, Elçibəydən zorla olduğundan fərqli tarix uydurmağa çalışan psevdo tarixçilər hələ də müstəqillikdən konseptual formada danışa bilmir və bilməyəcək də. Amma bu gün müasir Azərbaycanı bütün bunların fövqündə dayanır və proseslərin göstərir ki, bu coğrafiyada heç bir amil Əliyev kursu qədər müstəqilliyin qarantına çevrilə bilməz”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR