İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ modeli – yaxın 20 ildə Ələt bu ölkənin iri şəhərlərindən biri kimi olacaq

3289 16.01.2023 20:25 İqtisadiyyat A A

Birləşmiş Ərəb Əmirlikləri nəinki ərəb-müsəlman aləminin, eləcə də dünyanın ən inkişaf etmiş, varlı, firavan ölkələrindən biridir. Kiçik ərəb əmirliklərinin birləşməsindən yaranan bu federativ dövlət Ərəbistan yarımadasının şərq hissəsində Fars (Ərəb) və Oman körfəzləri sahilində yeləşir. BƏƏ-nin ərazisi təxminən Azərbaycanən ərazisi qədərdir – 83 500 kv/km. Ölkənin əhalisi isə 8 milyon nəfərdir.

BƏƏ üç dövlətlə həmərhəddir - cənubda və qərbdə Səudiyyə Ərəbistanıyla (457 km), şimalda Qətərlə, cənub-qərbdə Omanla (410 km). Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır.

BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şərca,Umm Əl- Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə əmirliyi. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.

Bu əmirliklərin içində ölkəmizdə, eləcə də dünyada ən çox tanınanı Dubay əmirliyidir. Bəzən hətta Dubay əmirliyinin Dubay şəhərini BƏƏ-nin paytaxtı hesab edirlər. Bu məşhurluğun səbəbi odur ki, Dubayda beynəlxalq miqyaslı azad iqtisadi zona mövcuddur və dünyanın əsas ticarət mərkəzlərindən biridir. Bu barədə bir az sonra.

BƏƏ-nin 8 milyonluq əhalisinin beynəlmiləl tərkibi qarışıqdır. Bu ölkədə demək olar ki, bütün millətlərin nümayəndələri yaşayır, işləyirlər. Ancaq ən çox hindilərdir - 27.8%. Daha sonra yerli əmirlik əhalisi gəlir – 12 faiz. Bunlardan başqa, pakistanlılar (10.2%), benqallar (9.5%), filipinlilər (6.1%) iranlılar (4,7), misirlilər (4.2%) çinlilər (2.2%). Bunlarla yanaşı, BƏƏ-də digər region millətlərinin icmaları (14.1%) da yaşayır.

Birləşmiş Ərəb Əmirlikləri karbohidrogen ölkəsidir. Onun iqtisadiyyatının bu qədər inkişaf etməsinin mayasında da neft və qazla zəngin olması durur. Neft və qazla yanaşı, BƏƏ-də qiymətli faydalı qazıntılar, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin, boksit, maqnezit, asbest və s. aşkar edilib.

5544.png (84 KB)

Neft və təbii qaz yataqları daha tez mənimsənilib və istismar edilib. Ölkə üzrə neft ehtiyatı isə 12,95 mlrd. tondur. Bu göstəriciyə görə Yaxın və Orta Şərq regionunda 5-ci yeri (Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt) tutur. Ölkənin təbii qaz ehtiyatı isə 6,0 trln. kub metrdən çoxdur.

BƏƏ -də dünya iqtisadiyyatına, ölkələrin qarşılıqlı əməkdaşlığına, inkişafa həsr olunmuş beynəlxalq tədbirlər vaxtaşırı keçirilir. Bu gün ölkənin paytaxtında Əbu-Dabidə keçirilən “Dayanıqlılıq həftəsi” də onlardan biridir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev “Dayanıqlılıq həftəsi”nin açılış mərasimində iştirak və çıxış edib. Prezident qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.

Dövlət başçısı iiqtisadi inkişafın əsas göstəricilərindən biri kimi Azərbaycanda enerji təhlükəsizliyinin bir neçə il əvvəl təmin olunduğunu qeyd edib: “Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir”.

Qeyd edək ki, BƏƏ bu sahədə mühüm irəliləyişlərə nail olub. BƏƏ-nin təsərrüfatında milli gəlirin 80 faizdən artığı neft və qaz sənayesinin, qalanları isə digər sənaye sahələrinin payına düşür. Neft axtarışı və çıxarılması ilə xarici şirkətlər məşğul olur. Ancaq təbii ki, bu şirkətlər özbaşına buraxılmayıb, onların fəaliyyətinə əmirliklərin dövlət şirkətləri nəzarət edir.

391e7b40c02d6183fca4ba1825bfc00c_2222451.jpg (465 KB)

Prezident İlham Əliyev sözügedən mərasimdə bərpaolunan enerji ilə bağlı danışaraq deyib ki, Azərbaycanın proqramı tamamilə fərqli gündəliyə malikdir: “Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik”.

Bundan başqa, dövlət başçısı qeyd edib ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Prezident başçılıq etdiyi ölkənin təbii qaz ixracının artdığını vurğulayaraq bildirib ki, bu, 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq: “Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır”.

Bu ixrac marşrutlarının istiqamətlərindən bəhs edən Prezident İlham Əliyev deyib ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” saziş imzalayıbılar: “Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir”.

4c0230cb78b2477fbd08df9e4905ef9b_6505225.jpg (341 KB)

Dövlət başçısı Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu qeyd edərək deyib ki, ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib: “İndi isə hədəfimiz bərpaolunan enerjidir”.

İnvestisiya mühitinin cəlbediciliyinə gəlincə, bu sahədə də BƏƏ-nin parlaq nailiyyətləri var. Dubay azad iqtisadi zonası dünyanın iqtisadi mərkəzlərindən biri olmaqla, demək olar ki, dünyanın dörd bir tərəfindən, bütün aparıcı dövlətlərdən minlərlə şirkətin investisiya yatırdığı məkandır.

Azərbaycan belə bir zonanın Ələtdə yaradılması üçün 1985-ci ildə Dubayda yaranmış azad ticarət zonasını nümunə kimi götürüb.

O zamanlar Dubayda Cəbələli ətrafında yalnız bir bina olub. Startda çox az adam inanırmış ki, vaxt gələcək Dubay əmirliyinin ümumi daxili məhsulunun 20 faizini məhz azad iqtisadi zona sahəsi verəcək. Hələ 10 il öncə Cəbələlinin ümumi dövriyyəsi 100 milyard dolları keçib. Cəbələli nəinki Dubayda, dünyada marka olub və regionun əsas qovşağna çevrilib. Azərbaycan tərəfi Ələtdə azad iqtisadi zona yaratmaq istəyərkən Bakı Limanının ətrafında da buna bənzər bir inkişaf modeli ortaya qoymaq əzmində olduğunu bildirib. Burada da Dubaydakı kimi birpəncərəli sistem işə düşəcək və 5-6 ildən sonra nəticələrini verməyə başlayacaq.

999.png (485 KB)

Prezident İlham Əliyev hələ 6 il öncə bu layihəyə böyük diqqət ayırdığını qeyd edib. Prezidentin tapşırığı ilə bu layihənin icrası üçün müvafiq sərəncamlar imzalanıb. 2016-cı ilin sentyabr ayının 7-də məhz Cəbələli azad ticarət zonasını idarə edən şəxslərlə Azərbaycanlı səlahiyyətli şəxslər arasında məsləhətçi xidmətinin göstərilməsi üçün müqavilə imzalanıb.

Bütün bu layihələrin gerçəkləşdirilməsi ilə Ələt yaxın 20 ildə böyük şəhərə çevriləcək. Azad iqtisadi zona üçün 400 hektar yer ayrılıb, gələcəkdə daha 2 min hektar ayrılması gözlənilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR