İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədəni çürüyən azərbaycanlı modeldən YENİ XƏBƏR: “Hamı haqqını halal etsin…

1835 01.09.2023 00:15 Şou-biznes A A

“İnsan pis olanda pis əməlləri yadına düşür. İstəyirəm kini qırağa qoyub mənə dua edəsiniz”.

7Times.az xəbər verir ki, bu sözləri plastik əməliyyatlar nəticəsində bədəni çürüyən azərbaycanlı model və bloger Leyla Mirzəliyeva sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, kimə pislik edibsə ona halallıq versinlər:

“Bir ara elə bil hiss edirdim başıma gələcəkləri… Son ərəfələr kimin xətrinə dəymişdim, kimin qəlbini qırmışdım qürurumu tapdalayaraq üzr istəyirdim. Düzdü insanın qəlbi qırılanda üzrə ehtiyac da görmür.

Sözlərimlə, hərəkətlərimlə kimin qəlbinə dəymişəmsə böyük qəlbnən üzr istəyirəm. İnsan pis olanda pis əməlləri yadına düşür. İstəyirəm kini qırağa qoyub mənə dua edəsiniz”.

Qeyd edək ki, model iki gün əvvəl sosial şəbəkədə video paylaşaraq vurdurduğu silikonlardan bədəninin çürüdüyünü bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR