“Otlaqlar yem üçün əsas bazadır. İqlim dəyişikliyi və bir sıra digər səbəblərlə əlaqədar yetərli təminat yoxdur. Qoyunçuluğun inkişafı üçün subsidiyalaşmanın tətbiqinə başlamaq istəyirik”. Musavat.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.
Nazir müavini deyib ki, heyvandarlıq idarə oluna bilməyən sektordur: “Ət təminatının yaxşılaşdırılması üçün intensiv təsərrüfatçılığın inkişafı nəzərdə tutulur. Məhsuldarlığın artması bazarda qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Amma bu sahədə dövlət tənzimlənməsi nəzərdə tutulmur. Yəni kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı tənzimləmələr nəzərdə tutulmur. Sadəcə, bazarda stabilləşmə mümkündür. Dünyanın bir sıra ölkələrində inflyasiya mövcuddur. Bunun da iqtisadi səbəbləri var. Bu da məhsulların maya dəyərini artırır”.
Nigar Həsənli
Musavat.com






