İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram günü qorxulu anlar – Bıçaqla mühafizəçi və polislərə hücum etdi (VİDEO)

876 24.04.2023 22:30 Hadisə A A

İstanbulda bələdiyyə tərəfindən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı təşkil olunan tədbirdə dəhşətli anlar yaşanıb.

Musavat.com xəbər verir ki, şənlik zamanı qəfildən səhnəyə çıxan şəxs əlindəki bıçaqla mühafizəçilərə hücum edib.

 Saxlanılan şəxs nəzarətə götürülüb.

Polis əməkdaşları şübhəlidən aşağı enərək bıçağı əlində qoymasını istəyiblər. Lakin şübhəli şəxs xəbərdarlıqlara məhəl qoymayaraq əlindəki bıçağı polisə atıb. Polislər bıçaqlanmaqdan son anda xilas olub. Proqrama qatılan qadın və uşaqlar da hadisə zamanı qışqırıblar.

Saxlanılan 28 yaşlı Əmrə B. adlı şübhəlinin  qısa müddət əvvəl Maltepe həbsxanasından sərbəst buraxıldığı öyrənilib.

Faktla bağlı cinayət işi açılıb.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR