İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin oğlu məhkəmə qarşısında

350 19.12.2023 12:14 Dünya A A

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden 1,4 milyon dollarlıq vergidən yayınma iddiası ilə Kaliforniya ştatının federal dairə məhkəməsi qarşısında duracaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kaliforniyanın Mərkəzi Dairəsi üzrə federal məhkəmənin iş qrafikinə əsasən, bu iş üzrə ilk məhkəmə iclası yanvarın 11-nə yerli vaxtla saat 13:00-a təyin edilib.

Dekabrın əvvəlində Hanter Baydenə vergidən yayınma üzrə 9 ittiham irəli sürülüb. 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün onun dövlətdən milyon yarım məbləği gizlətdiyi güman olunur. ABŞ liderinin oğlu saxta vergi bəyannamələri verməkdə də ittiham edilir.

“Fox News”un məlumatına görə, Hanter Baydeni 17 ilə qədər həbs cəzası gözləyə bilər. Prokurorlar hesab edirlər ki, H.Bayden “vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə” milyonlarla dollar xərcləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR