İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden qərarını açıqladı: İrandan neft alışını artırmağa…

3092 12.11.2023 22:50 Dünya A A

ABŞ administrasiyası hesab edir ki, dünya bazarlarına neft tədarükünün həcmi hələ də digər ölkələrə İrandan bu məhsulun alışını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin imzaladığı və dünən Ağ Evin mətbuat xidməti tərəfindən yayılan memorandumda deyilir.

Sənəddən belə çıxır ki, Amerika lideri qlobal iqtisadiyyatdakı vəziyyətlə bağlı ona verilən məlumatın “diqqətlə öyrənilməsi”nin nəticələrinə əsasən belə qənaətə gəlib ki, bazarlarda “kifayət qədər neft ehtiyatı var və bu, İrandan başqa ölkələrin neft məhsulları”, “xarici maliyyə institutları” tərəfindən Tehrandan yanacaq alışlarının “həcmini əhəmiyyətli dərəcədə azaltmağa” imkan verir.

Bayden həmçinin "vəziyyəti yaxından izləməyə davam edəcəyini" qeyd edib. Memorandum ABŞ dövlət katibi Entoni Blinken, maliyyə naziri Canet Yellen və energetika naziri Cennifer Qranholma göndərilib.

Qeyd edək ki, xüsusi sanksiya rejimi 2012-ci ildən bəri prezidentdən tələb edir ki, Birləşmiş Ştatlar digər ölkələrin İran neftini almaqdan tamamilə imtina etməyə davam etməli olub-olmaması və ya qlobal enerji bazarındakı vəziyyətə görə hansısa istisnaya yol verilməsinin mümkünlüyünü mütəmadi olaraq nəzərdən keçirsin və hökumətə tövsiyəsini çatdırsın.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR