İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: İranın İsrailə hücumu uğursuz oldu

1079 14.04.2024 09:33 Dünya A A

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövləti qələbə qazanıb.

Bu barədə CNN mənbələrə istinadən xəbər yayıb.

Onların sözlərinə görə, Bayden İsrailin Baş naziri Binyamin Netanyahu ilə söhbətində deyib ki, İranın hücumu uğursuz olduğu üçün yəhudi dövləti bu günü qələbə hesab edə bilər. Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir.

Telekanal ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verib ki, Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR