İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bavariya” 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

1073 16.10.2022 19:47 İdman A A

Almaniya “Bavariya”sı Türkiyənin “Fənərbağça” klubunda çıxış edən Arda Gülerlə maraqlanır.

Oxu.Az xəbər verir ki, Münhen təmsilçisi 17 yaşlı istedadlı yarımmüdafiəçinin oyununu yaxından izləyir.

“Bavariya” İstanbul klubunun oktyabrın 17-də səfərdə “Ankaragücü”nə qarşı keçirəcəyi Türkiyə Super Liqasının X tur matçına nümayəndəsini göndərəcək.

Qeyd edək ki, Arda Güler “Fənərbağça”nın əsas komandasında indiyədək 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsi 2025-ci ildə başa çatmalıdır.

Mənbə: “Takvim”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR