İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumidən qaçhaqaç: ruslar niyə şəhəri tərk edirlər?

16988 31.12.2023 15:57 Gündəm A A

Əgər əvvəllər bir çox israilli də Acarıstanda daşınmaz əmlak almağa hazır idisə, indi... 

Batumi Gürcüstanın Qara dəniz sahilindəki ən böyük şəhərdir və xüsusilə miqrantlar arasında populyardır. Səbəblər aydındır - mülayim subtropik iqlim, dəniz və dağlar... Bundan əlavə, burada mənzil qiymətləri Tiflisdən ucuz idi... 

Batuminin öz əhalisi 150 min nəfərdən çoxdur, amma son iki ildə küçələrdə rusdilli vətəndaşlara yerli sakinlərdən daha çox  rast gəlmək mümkün idi. Və yalnız yayda deyil, bütün il boyu...

DEDEDE.JPG (99 KB)

Son iki ildə ilk dəfədir ki, Rusiya və Belarus vətəndaşları kütləvi şəkildə Batumu tərk edirlər. Musavat.com  bildirir ki, barədə - "Adjara Tour" turizm şirkətinin direktoru, Batumi  "Akropolis" restoranın təsisçisi İrakli Tavartkiladze "Business Media Georgia" internet televiziyasının efirində bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə,  qısa müddət ərzində 100-dən 130 minədək rus Gürcüstana daxil olub və orada qalıb. Bu, Gürcüstan maliyyə göstəricilərini yaxşılaşdırıb. Gürcüstan Milli Bankı  müharibə başlayandan sonra rusların gürcü banklarındakı hesablara təxminən bir milyard dollar köçürdüyünü bildirib.

Nəticədə iki il ərzində ruslar 20 mindən çox müəssisəni qeydiyyata aldırıblar. Ruslar Gürcüstanda altı minə yaxın mənzil də alıblar ki, bu da  mənzil qiymətlərinin artmasına səbəb olub

Batumidə kirayə haqqı indi o qədər bahalaşıbmış ki, əyalətlərdən gələn tələbələr üçün paytaxtda ucuz mənzil tapmaq, demək olar ki, qeyri-mümkün işdir.  

TGTGTGT.JPG (122 KB)

 2023-cü ilin doqquz ayı ərzində Gürcüstan sərhədini ən çox Rusiya Federasiyası vətəndaşları keçib.  İrakli Tavartkiladze hesab edir ki, son aylarda Batumiyə gələnlərin sayı yarıbayarı azalıb: “Söhbət təkcə Rusiyanın deyil, həm də Belarusun sakinlərindən gedir, çünki müharibədən sonra bizə gələn bir çox İT şirkətləri hazırda Gürcüstanı tərk edir, onların işçiləri Avropa və Asiya ölkələrinə gedir”.

Tavartkiladzenin sözlərinə görə, Batumidə miqrantların açdıqları xidmət obyektləri - kovorkinqlər, kafelər, barlar, daşınmaz əmlak ofisləri getdikcə daha çox bağlanır və ya satılır: “Biz görürük ki, ruslar vətənə qayıdırlar, çünki indiki mərhələdə onlar Rusiya Federasiyasında aktiv səfərbərlik təhlükəsini görmürlər. Bundan əlavə, Batumidə həyat bahalaşıb.  “Əgər Batumidə kirayə mənzillər barədə məlumatlara əsaslansaq, deməli, “iqtisadi qaçqın” adlandırılanların ən azı 40-50%-i artıq Gürcüstanı tərk edib. Batumidə bunu artıq hər yerdə hiss etmək olar .

Mütəxəssisin fikrincə, Batumidə müharibədən əvvəlki qiymətlərlə mənzil almaq mümkün deyil, lakin kirayə evlər ucuzlaşıb: “Son 1,5-2 ildə Batumidə mənzillərin qiymətləri ən yüksək həddə çatmışdı. Avqust ayından etibarən daşınmaz əmlak satışlarında fasilə yaranıb. Burada iki amil var. Birincisi, ruslar və belaruslar ödəmə qabiliyyətini itirdilər və daşınmaz əmlaka investisiya qoymağı dayandırdılar. İkincisi, İsraildə müharibənin başlaması  Batumiyə  zərbə oldu - əgər əvvəllər bir çox israilli Acarıstanda daşınmaz əmlak almağa hazır idisə, indi alıcılar praktiki olaraq yoxdur .

DFSDFSD.JPG (127 KB)

Bununla belə, Tavartkiladzenin sözlərinə görə, Batumidə daşınmaz əmlak qiymətlərində hələ ki, heç bir xüsusi azalma olmayıb. Bəzi əmlaklarda 5-10% endirimlə mənzil ala bilərsiniz.

Amma mənzillərin kirayə qiyməti  40-50% azalıb Batumi Gürcüstanın Qara dəniz sahilindəki ən böyük şəhərdir və xüsusilə miqrantlar arasında populyardır. Səbəblər aydındır - mülayim subtropik iqlim, dəniz və dağlar. Bundan əlavə, hesab olunurdu ki, burada mənzil qiymətləri Tbilisidəkindən aşağıdır.

Payızdan etibarən Rusiya aviaşirkətləri Batumi və Kutaisiyə uçuşlar əlavə edib. İndi Rusiyadan gələn turistlər  Batumi küçələrində  Yeni ili burada qeyd etməyə hazırlaşırlar .

Rusların Gürcüstanı tərk etməyə başlamasının birinci səbəbi burada həyatın bəzilərinin düşündüyü qədər ucuz olmamasıdır.

İkincisi: Rusiya və Belarusda son iki ildə həyat səviyyəsi proqnozlaşdırıldığı qədər aşağı düşməyib.  

Üçüncüsü: ardıcıl olmayan beynəlxalq sanksiyalar siyasəti. Rusiyada hələ də bir çox iş növlərini aparmaq mümkündür, baxmayaraq ki, bunun mümkün olmayacağı güman edilirdi. Nəticədə oradakı insanlar, demək olar ki, müharibədən əvvəlki rahatlıqla yaşamağa davam edirlər - təbii ki, 100% yox, 70-80%.

Bəziləri rusların getməsinə təəssüflənir (əsasən mənzil kirayə verənlər), digərləri isə “gedirlər, Allaha şükür” deyə, düşünürlər.  

Orxan ƏLİYEV, 
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR