İnsanlara hürriyət, millətlərə istiqlal!

Batma təhlükəsi olan 3 nəfər belə XİLAS EDİLDİ VİDEO

583 22.06.2024 15:33 Ölkə A A

Dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edilib.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi sakinləri 1988-ci il təvəllüdlü B.Hüseynov, 1997-ci il təvəllüdlü B.Axundov və 2005-ci il təvəllüdlü N.Cəfərzadə dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR