İnsanlara hürriyət, millətlərə istiqlal!

Bastrıkin "ulduz”ları içəri basdıracaq - "Ordunu gözədən salırlar"

691 28.02.2024 13:50 Dünya A A

Rusiyanı tərk edən və xaricdən Rusiya ordusunun hərəkətlərini gözdən salan şou-biznes “ulduz”ları geri qayıdacaqları təqdirdə əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.

“Xaricə gedib Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini gözdən salan şou-biznes nümayəndələrinin mövqeyi, yəqin ki, onların yerləşdikləri ölkələrin siyasətinə xoş gəlmək istəyi ilə bağlıdır. Amma onlardan biri bir neçə ildən sonra geri qayıtmaq qərarına gəlsə, onlar qanuna uyğun olaraq əməllərinə görə cavab verməli olacaqlar” deyə Rusiyanın baş müstəntiqi xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiyanın bir sıra yaradıcı adamlar Ukraynada müharibə başlayandan müxtəlif ölkələrə sığınıblar və orada bəzən aktiv, bəzən də passiv şəkildə ölkələrinin işğalçı siyasətinə qarşı çıxır, ya da, sadəcə, müharibə əleyhdarı olduqlarını deyirlər.

Rusiyada isə hakim mövqe bundan ibarətdir ki, hamı Oleq Qazmanov kimi hərbi mundir geyinib, hərbi marş oxumalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR