İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Qarabağda erməni separatçısını VURDUQ - Detallar Akif Nağı ilə CANLI

1083 13.09.2023 16:00 Gündəm A A

Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan qanunsuz erməni silahlı dəstəsi tərəfindən Ordumuzun mövqeləri atəşə tutulub.

Musavat.com xəbər verir ki, erməni mediası Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qanunsuz silahlı dəstə üzvlərindən birinin yaralandığını bildirib.

Ərdoğanın Paşinyana zəngi Türkiyənin açıq şəkildə oyuna girdiyini göstərir. Güman edə bilərik ki, onlar arasında kifayət qədər sərt söhbət olub. Erməni siyasi strateq Vigen Akopyan deyib.

“İndiyədək Ermənistanın xarici siyasəti ilə bağlı Rusiya-Qərb dilemmasından danışmaq adət idisə, indi aydındır ki, ilk baxışda nə qədər paradoksal səslənsə də, Rusiya ilə Qərb arasında İrəvan Ankaranı seçib.

Görünür, Paşinyan belə qənaətə gəlib ki, regiondakı məsələləri əsasən Türkiyə həll edir, üstəlik, o, Ankaranı regional mentor kimi seçib”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə söhbətləşir. Tamaşaçılar da müzakirədə iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR