İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLADI! Ukrayna hərəkətə keçdi - Rusiyaya BÖYÜK ŞOK

1896 27.07.2023 16:08 Region A A

Ukrayna ordusu əsas qüvvələrini Zaporojye vilayətində cəmləşdirərək hücumun əsas mərhələsinə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Verilən informasiyaya əsasən, Ukraynanın cənub-şərqindəki regionda hücuma Qərbdə təlim keçmiş və Qərbdən alınan texnika ilə silahlanan hərbi qulluqçular cəlb olunub. İndiyədək onlar əsasən ehtiyatda olublar.

“The New York Times” qəzetinin yazdığına görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın minalanmış sahələri və müdafiə xətləri vasitəsilə qorunan Tokmok şəhərinə tərəf cənuba doğru irəliləməyə çalışır. Bu əməliyyatın uğurla nəticələnməsi Melitopola yol açacaq.

Pentaqondan gələn xəbərlərə görə Ukraynanın əsas məqsədi bölgədəki hücumun məqsədi Ukraynanın cənubunda, Rusiya tərəfindən işğal olunmuş bölgələri işğal altında olan Krımla birləşdirən quru dəhlizini kəsməkdir. Qəzet Ukrayna Silahlı Qüvvələrinin yeni əməliyyatının bir həftədən üç həftəyə qədər çəkə biləcəyini yazır.

Öz növbəsində, “Financial Times” yazdığına görə, hücumun ilk mərhələsindəki uğursuzluqlar Ukraynanı taktikanı dəyişməyə, o cümlədən tanklardan və zirehli transportyorlardan gözləniləndən az istifadə etməyə məcbur edib. İndi Ukrayna Silahlı Qüvvələri əsas diqqəti Rusiyanın müdafiə mövqelərini artilleriya atəşi ilə atəşə tutmağa yönəlib. Bu, kiçik istehkamçılar və piyada birləşmələri üçün yolu təmizləməyə imkan verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR