İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirlər qapıda qaldı: "Öz işçiləri onu içəri buraxmır" - ANBAAN VİDEO

7539 09.12.2023 14:12 Dünya A A

Hollandiyanın ən uzunmüddətli baş naziri olan Mark Rutte Böyük Britaniyaya rəsmi səfər edib. O, İngiltərənin baş naziri Rişi Sunak ilə görüşmək üçün dünən axşam saatlarında Baş nazirin Downing Streetdəki iqamətgahına gedib. Sunak Rutteni qapıda qarşıladıqdan sonra iki lider səmimi şəkildə əl sıxaraq kameralar qarşısına keçib.

Musavat.com xəbər verir ki, liderlər foto çəkdirdikdən sonra söhbət edərək Baş nazirlik binasına girməyə çalışsalar da, qapı içəridən bağlı olub.

İngiltərənin baş naziri 10 saniyəlik çaşqınlıqdan sonra qapını itələyərək kömək istəyib. Əvvəlcə nə olduğunu anlamayan Hollandiyanın baş naziri daha sonra Sunaka qoşularaq ətrafı müşahidə etməyə başlayıb. Sunak və Rutte yağışlı və soyuq havada baş nazirlik binası qarşısında gözləyərkən içəridən bir səlahiyyətli şəxsin vəziyyətə müdaxilə etməsi ilə qapı açılıb. Liderlər içəri girən kimi qısamüddətli böhran mətbuat mənsublarının gülüşünə səbəb olub.

"Daily Mail" qəzetində yer alan məlumata görə, 1735-ci ildən bəri Baş nazirlik iqamətgahı kimi istifadə edilən 10 nömrəli evin giriş qapısı təhlükəsizlik baxımından yalnız içəridən açıla bilir. Qapının kənar hissəsində tutacağı və açarlıq hissəsi yoxdur. Mühafizə işçiləri icazəsiz şəxslərin içəri daxil olmasının qarşısını almaq üçün 24 saat ön qapının arxasında növbətçilik edir.

Sunak və Rutte kiçik uğursuzluğa məhəl qoymadan təbəssümlə içəri daxil olsalar da, bu, baş nazirləri sosial mediada müzakirə mövzusuna çevrilməkdən xilas edə bilməyib. Sosial media istifadəçiləri aşağıdakı kimi şərhlər yazıblar:

“Bəlkə də, qəsdən bağlayıblar”;

"Öz qapısını aça bilməyən baş nazirə gülürəm”;

“Bəlkə, ona hələ də etibar etmədikləri üçün açarı vermədilər”;

“Hətta öz işçiləri də Sunakı qapının qabağına qoyub”;

“Öz işçiləri baş naziri içəri buraxmaq istəmir”;

"Rişi, dostum, içəridəkilər sənə mesaj vermək istəyir”.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR