İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir və müdafiə naziri yanan əsgərlərin valideynlərini qəzəbləndirdi

1030 19.04.2023 22:56 Son xəbər A A

Baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan bunu məqsədəuyğun hesab etmir və istintaq bitənə qədər Azad (Göyçə-M.) kəndinin kazarmasında baş verən yanğında həlak olan 15 hərbçinin valideynləri ilə görüşməkdən çəkinirlər.

Musavat.com-un məlumatına görə, vəkil Norayr Norikyan öz Facebook səhifəsində yazıb ki, bu barədə ona Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan məlumat verib. Ötən il Azad kəndindəki kazarmada həlak olan 15 hərbçinin valideynləri dünən baş nazirin və müdafiə nazirinin onlarla görüşüb suallarını cavablandırmasını, yaranmış şəraitlə bağlı izahat verməsini tələb edərək İrəvan-Göyçə magistral yolunu bağlayıblar. Onlar tələb ediblər ki, rəhbərlik əsgərlərin vəfatı barədə məlumat verməli və ya sualları cavablandırmaq üçün tarix və saat bildirməlidirlər.

İki saatdan sonra valideynlər Ermənistan Respublikasına və Ermənistan vətəndaşlarına hörmət əlaməti olaraq yolu açıblar. Eyni zamanda, razılıq əldə olunub ki, növbəti gün Göyçə vilayətinin qubernatoru tələblə bağlı hökumətin mövqeyi barədə məlumat versin.

“Sizə məlumat verirəm ki, Qeqarkunik (Göyçə-M.) vilayətinin qubernatoru mənə zəng edərək bildirdi ki, ibtidai istintaq araşdırması aparıldığı üçün baş nazir və müdafiə naziri bunu məqsədəuyğun hesab etmir və ölən hərbçilərin valideynləri ilə həftənin sonuna qədər görüşməkdən çəkinirlər. Ölən hərbçilərin valideynlərinin bundan sonrakı hərəkətləri barədə əlavə məlumat veriləcək”, - Norikyan daha sonra yazıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR