İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Macar “Orban mafiyası”na macəralı həyat vəd edir

716 24.06.2026 21:10 Dünya A A

Macarıstan hökuməti Peter Macarın rəhbərlik etdiyi bir sıra qanunvericilik dəyişiklikləri təşəbbüsü ilə çıxış edir və bu dəyişikliklər növbəti bir neçə ay ərzində qüvvəyə minəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazirin özü onları ölkənin siyasi elitası üçün "təmizləmə” adlandıraraq deyib ki, məqsəd Macarıstanı geniş yayılmış korrupsiya və mafiya təsirindən təmizləməkdir.

Vəd edilən yeniliklər arasında Aktivlərin bərpası və qorunması üzrə xüsusi millistrukturun yaradılması da var. Bu qurum Viktor Orbanın “Fides” partiyasının hakimiyyəti dövründə müxtəlif əmlakların necə şəxsi əllərə keçdiyini, dövlət vəsaitlərinin necə xərcləndiyini, bir sözlə, Macarın “mafiya təsiri” adlandırdığı hər şeyi araşdıracaq. Bu "təmizləmə”nin bir hissəsi olaraq, prezident Tamaş Şujokun səlahiyyət müddətinə xitam vermək üçün konstitusiya dəyişikliklərini nəzərdə tutur. Avqust ayında parlament tərəfindən yeni prezidentin seçilməsi planlaşdırılır. Dövlət başçısının səlahiyyət müddəti beş illə məhdudlaşdırılacaq.

Parlament əvvəllər baş nazirin səlahiyyət müddətini 8 ilə endirmişdi. İndi isə parlament üzvü 12 il xidmət edibsə, yenidən seçilə bilməyəcək.

Dünən Macarın “Tisa” partiyasının konstitusiya çoxluğuna sahib olduğu parlament baş nazirin qanunvericilik təşəbbüslərindən birincisini - media qanununa düzəlişi tez bir zamanda qəbul edib. “Fides” nümayəndələri bu düzəlişlərə qarşı çıxsalar da, onlar azlıq təşkil edir.

Elə həmin gün Viktor Orbanın tərəfdarlarının ruporu olan “Magyar Nemzet” qəzetində tanınmış vəkil Zoltan Lomnicki məqalə dərc etdirərək, qeyd edib ki, Macarıstan qanunvericiliyində artıq korrupsiyaya qarşı mübarizə üçün hüquqi çərçivə mövcuddur və qeyri-müəyyən səlahiyyətləri olan yeni bir qurumun yaradılması yalnız siyasi rəqiblərlə hesablaşmaq üçün zəruri ola bilər. Lomnicki onu da bildirib ki, qanunverici orqanın qərarı ilə Şujokun vaxtından əvvəl işdən çıxarılması qanunsuzdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR