İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona” ulduz futbolçunu transfer edir

1806 14.09.2023 18:25 İdman A A

İspaniya nəhəngi "Barselona", 2025/26 mövsümündən əvvəl "Mançester Siti"dən Erlinq Haalandı almağı planlaşdırır.

BAKU.WS İspan mətbuatına istinadən xəbər verir ki, “Katalon”lar bu keçid üçün 150 milyon funt sterlinqi gözdən çıxarmağa hazırdır.

Qeyd edək ki, Haaland ötən il Dortmund Borussiasından 51 milyon funt-sterlinqə "Siti"yə keçib.

O vaxtdan bəri 23 yaşlı futbolçu klubda 59 oyunda 58 qol vurub. Daha sonra Haaland həmin mövsüm Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.

Norveçli hücumçunun “şəhərlilər”lə sözləşməsi 2027-ci ilin yayına qədərdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR