“Barselona” klubunun prezidenti Joan Laporta bildirib ki, 2026-cı ildə üçüncü ardıcıl müddətə namizədliyini irəli sürməyəcək.
Musavat.com xəbər verir ki, o, 2021-ci ildən bu vəzifəni tutur.
Laportanın sözlərinə görə, seçkilərin dəqiq tarixi komandanın La Liqa və İspaniya Kubokundakı nəticələrindən asılı olacaq. O, seçki prosesinin futbolçular üzərində əlavə təzyiq yaratdığını və buna görə də prosesi uzatmaq istəmədiyini vurğulayıb.
Laporta sərt açıqlama ilə diqqət çəkib:
“Mən Putin və ya Maduronun etdiyi kimi davranmayacağam. Prezident iki müddət işləyə bilər və bu kifayətdir. Əslində yenidən seçilə bilərdim, amma bunu etməyəcəyəm — düzgün olmazdı”.
Musavat.com






