İnsanlara hürriyət, millətlərə istiqlal!

"Barselona"nın baş məşqçisi Xavi və Messinin yazışmaları - Kapitan geri dönəcəkmi?

612 13.04.2023 13:10 İdman A A

 

PSJ-nin argentinalı hücumçusu Lionel Messi "Barselona"nın baş məşqçisi Xavi ilə danışıb.

Musavat.com xəbər verir ki, yazışmaların təfərrüatları "Catalunya Radio"ya məlum olub.

Jurnalist Laya Tudel Pradesin sözlərinə görə, Messi tez-tez Xaviyə Kataloniya klubuna qayıtmaq arzusundan danışır. O qeyd edir ki, oyunçu və məşqçi komandanı, oyunları, atmosferi və paltardəyişmə otağında baş verənləri müzakirə edirlər. 

Bundan əvvəl Xavi Messinin komandaya mümkün transferindən danışmışdı: "Mən görürəm ki, insanlar Messinin mümkün qayıdışından çox həyəcanlanırlar, çünki onlar iki matçdır ardıcıl olaraq onun adını tərənnüm edirlər".

Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2023-cü ilin iyun ayında bitir, ancaq bir mövsümlük uzadılma variantı da nəzərdə tutulur. Bundan əvvəl hücumçu karyerası boyu "Barselona"da çıxış edib və bu komandada on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR